
“Qarabağ”dan ayrılan Medinanın yeni klubu bilindi
“Qarabağ”dan ayrılan Kevin Medinanın hansı komandada oynayacağı məlum olub.
Komanda.az xəbər verir ki, kolumbiyalı futbolçu Malayziyada çıxış edəcək.
O, “Yohor Darul Tazim”lə anlaşıb. Tərəflər arasında 2+1 illik müqavilə imzalayıb.
Malayziya klubunda Azərbaycan millisinin sabiq üzvü Eddi İsrafilov və “Sabah”da çıxış etmiş Con İrazabal da oynayır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



