Qrimaldonun İspaniya klubuna keçidi həll olunub

İspaniya millisinin müdafiəçisi Alexandro Qrimaldo “Bayer”dən “Atletiko”ya transfer olunub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klublar keçidlə bağlı razılığa gəlib. “Atletiko” müdafiəçi üçün 15 milyon avro və bonuslar ödəyəcək. Tərəflər müddəti 2029-cu ilə qədər olan müqavilə imzalayacaq və razılaşmada daha bir illik uzatma bəndi də yer alacaq.

Qrimaldo “Barselona”nın yetirməsidir. O, karyerası ərzində “Benfika” və “Bayer”də çıxış edib. 30 yaşlı futbolçu 2025/26 mövsümündə bütün turnirlərdə keçirdiyi 46 oyunda 14 qol vurub və 12 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button