Deşam Fransa millisinə qayıdır

Fransa millisinin baş məşqçisi Didye Deşam bu gün yenidən komandanın düşərgəsinə qayıdacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yığmanın məşqçilər heyətinin üzvü Gi Stefan məlumat yayıb:

“İlk növbədə fikirlərimiz Deşamladır. Onun qayıdışını səbirsizliklə gözləyirik və sabah məşqdə bizimlə olacaq”.

Deşam anasının vəfatı səbəbindən təcili olaraq vətəninə yollanmışdı. DÇ-2026-nın qrup mərhələsinin son turunda Norveç millisinə qarşı keçirilən oyunda komandaya məhz Stefan rəhbərlik edib.

Fransa millisi son turda Norveç yığmasını 4:1 hesabı ilə məğlub edərək, qrupu birinci pillədə başa vurub və pley-off mərhələsinə yüksəlib. Deşamın komandası 1/16 finalda İsveç millisi ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button