
“Qəbələ”dən müdafiəçisi ilə yeni müqavilə
“Qəbələ” futbolçusu Seydina Keyta ilə müqavilənin müddətini uzadıb.
Bu barədə Komanda.az-a klubdan xəbər verilib.
Bölgə təmsilçisi mərkəz müdafiəçisi ilə yeni – 1 illik müqavilə bağlayıb.
2026-cı ilin yanvarından “Qəbələ”nin şərəfini qoruyan Seydina Keyta bu müddət ərzində 19 oyunda 3 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



