
“Messi çox yaxşı futbolçudur, amma tarixin ən yaxşısı deyil”
Tanınmış jurnalist Pirs Morqan Lionel Messi ilə Kriştiano Ronaldonun müqayisəsi barədə fikirlərini açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, argentinalı futbolçunu dünyanın ən yaxşı oyunçusu hesab edilməsinə qarşı çıxıb:
“Messi çox yaxşı futbolçudur, amma tarixin ən yaxşısı deyil. Kriştiano Ronaldo ondan daha çox qol vurub. Bu barədə mübahisə etmək olmaz”.
Messi karyerası ərzində 8 dəfə “qızıl top” mükafatını qazanıb. 39 yaşlı forvard 2026-cı il dünya çempionatında Argentina millisinin heyətində 2 oyunda 5 qol vurub. Ronaldo isə Portuqaliya millisində 2 qolla yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



