
Adı “Barselona” ilə hallanan hücumçudan açıqlama
“Real Sosyedad”ın və İspaniya millisinin hücumçusu Mikel Oyarzabal “Barselona”ya keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, transfer şayiələrinin onun üçün önəmli olmadığını vurğulayıb:
“Bu, mənim düzgün iş gördüyümü göstərir. Amma şayiələr mənim üçün o qədər də vacib deyil, mən onlara vaxt itirmirəm. Hazırda tamamilə dünya çempionatına diqqət yetirirəm”.
“Barselona”nın 29 yaşlı futbolçunu transfer siyahısında saxladığı bildirilir.
Oyarzabal Səudiyyə Ərəbistanı yığmasına qarşı oyunda (4:0) 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



