Aquero həmyerlisi haqda: “Onunla yolları ayırmaq daha doğru addımdır”

Argentina millisinin sabiq hücumçusu Serxio Aquero, “Atletiko”nun forvardı Xulian Alvaresin gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Aquero, Madrid təmsilçisinin narazı futbolçunu komandada saxlamağa çalışmamalı olduğunu düşünür:

“Özünü xoşbəxt hiss etməyən oyunçu ilə yolları ayırmaq daha doğru addımdır. Mən klub sahibi olsaydım və futbolçu şəhərdən, komanda yoldaşlarından, baş məşqçidən və ya rəhbərlikdən narazı olsaydı, ən yaxşı həll yolu onu satmaq olardı. Mövsümboyu işinə münasibəti yaxşı olmayan futbolçunu komandada saxlamaq mümkün deyil”.

Aquero hesab edir ki, həmyerlisi bir çox kluba fayda verə bilər, ancaq onun oyun üslubu xüsusilə “Barselona”ya uyğundur:

“O, fantastik futbolçudur. Hücumun istənilən mövqeyində oynaya bilir. Cinah hücumçusu, mərkəz hücumçusu və ya hücumameyilli yarımmüdafiəçi kimi çıxış edə bilər. Belə universal oyunçular hər bir komanda üçün böyük üstünlükdür”.

Alvares Avstriya millisi ilə dünya çempionatı oyunundan (2:0) sonra yayda “Atletiko”dan ayrılmaq istədiyini açıqlamışdı. Daha əvvəl yayılan məlumatlara görə, “Barselona” argentinalı forvard üçün təxminən 130 milyon avro təklif etməyə hazırdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button