Niderland İsveçə böyük hesabla qalib gəldi

Futbol üzrə dünya çempionatı davam edir.

Komanda.az xəbər verir ki, mundialın növbəti oyununda Niderland və İsveç yığmaları qarşılaşıblar.

Hyuston stadionunda keçirilən F qrupunun II turunun matçında Niderland millisi böyük hesabla qələbə qazanıb – 5:1.

Niderland millisinin heyətində Brayan Brobbi (5, 17) və Kodi Qakpo (47, 54) dubla imza atıblar. Daha bir qolu isə Krisensio Sammervill 89-cu dəqiqədə rəqib qapısından keçirib. İsveç yığmasının yeganə qolunu 59-cu dəqiqədə Entoni Elanqa vurub.

Beləliklə Niderland 4 xalla ilk pilləyə yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button