
Rəsmi: “Neftçi”də braziliyalı yarımmüdafiəçi
“Neftçi” yeni mövsüm üçün növbəti transferini həyata keçirib.
Komanda.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisi məlumat yayıb.
“Ağ-qaralar” braziliyalı yarımmüdafiəçi Qustavo Klisman Dimaraeş Miranda ilə anlaşıb.
26 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb. O, 20 nömrəli formanı geyinəcək.
Karyerasının böyük hissəsini Portuqaliyada keçirən Klisman 2025-ci ildə icarə əsasında Yaponiyanın “Vissel Kobe” klubunda çıxış edib. O, sonuncu klubu “Santa Klara”nın heyətində 74 oyun keçirib, 3 qol və 7 məhsuldar ötürmə müəllifi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



