
“Arsenal” fransalı futbolçu üçün 80 milyon avro təklif edəcək
PSJ-nin vingeri Bredli Barkola karyerasını İngiltərədə davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Arsenal” 23 yaşlı futbolçunun transferi üçün Fransa çempionuna rəsmi təklif göndərməyə hazırlaşır. London təmsilçisinin Barkola üçün 80 milyon avro təklif edəcəyi bildirilir.
Fransalı futbolçunun xidmətində yalnız “Arsenal” maraqlı deyil. “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted”, “Çelsi”, “Bayern” və “Barselona” da oyunçunun durumunu yaxından izləyir.
Barkola 2025/26 mövsümündə bütün turnirlərdə 49 matçda meydana çıxıb. O, bu oyunlarda 13 qol vurub və 7 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



