Azərbaycanın U-20 millisi Tbilisidə iki qələbə qazanıb

Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışında olan Azərbaycanın 20 yaşadək oğlan basketbolçulardan ibarət yığması iki yoxlama matçında qələbə qazanıb.

Bu barədə Komanda.az-a Azərbaycan Basketbol Federasiyasından bildirilib.

Anar Sarıyevin rəhbərlik etdiyi komanda Gürcüstanın U-18 (86:64) və U-20 (75:69) yığmalarını məğlub edib.

Toplanışın əsas məqsədi iyulun 10-19-da Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək Avropa çempionatının B divizionunun oyunlarına hazırlaşmaqdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button