
“Çelsi” italiyalı müdafiəçi üçün təklif göndərəcək
“Yuventus”un müdafiəçisi Andrea Kambiaso karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Çelsi” yaxın günlərdə 26 yaşlı futbolçu üçün ilk rəsmi təklifi “Yuventus”a göndərəcək. Bildirilir ki, Kambiaso yeni baş məşqçi Xabi Alonsonun transfer siyahısında yer alır və “Çelsi” onu sol cinahda əsas hədəflərdən biri kimi görür. İtaliyalı oyunçu “Real”a transfer olunan Mark Kukurellanın boşluğunu doldura biləcək potensial variant kimi qiymətləndirilir.
“Yuventus” futbolçusu üçün 40 milyon avro tələb edir, ancaq danışıqların gedişinə görə bu məbləğin dəyişə biləcəyi istisna edilmir.
Kambiaso 2025/26 mövsümündə 47 oyunda meydana çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə verib.
Bizi Facebook-da izləyin



