
Nunyes keçmiş klubuna qayıda bilər
Uruqvay millisinin hücumçusu Darvin Nunyesin Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan ayrılmağa yaxın olduğu bildirilir.
Komanda.az “Carve Deportiva”-ya istinadən xəbər verir ki, 26 yaşlı forvard müqaviləsini ləğv edərək, azad agent statusunda yenidən “Liverpul”a qayıda bilər. O, 2022–2025-ci illərdə İngiltərə klubunun formasını geyinib və daha sonra 53 milyon avro qarşılığında “Əl-Hilal”a transfer olunub.
Uruqvaylı futbolçu ötən mövsüm Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində 24 oyunda meydana çıxıb, 9 qol vurub və 5 məhsuldar ötürmə verib.
“Liverpul” 2025/26 mövsümünü İngiltərə Premyer Liqasında 60 xalla turnir cədvəlinin 5-ci pilləsində başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



