
“Puyol mənə heç vaxt təslim olmamağı söyləyib”
“Barselona”nın və İspaniya millisinin müdafiəçisi Pau Kubarsi, kataloniyalıların sabiq futbolçusu Karles Puyolla olan münasibətindən danışıb.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, 19 yaşlı futbolçu, Puyolun ona mütəmadi olaraq məsləhətlər verdiyini və inkişafında mühüm rol oynadığını bildirib:
“Biz bəzən ünsiyyətdə oluruq, o mənə çox kömək edir. Puyol mənə heç vaxt təslim olmamağı və özüm olaraq qalmağı söyləyib. O, həmçinin, sakitliyi qorumağı və daim inkişaf etməyi məsləhət görüb”.
Kubarsi 2024-cü ildən “Barselona”nın əsas komandasında çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


