DÇ-2026: “Biz iddialıyıq, amma favorit deyilik”

Portuqaliya millisinin yarımmüdafiəçisi Vitinya komandasının 2026-cı il dünya çempionatındakı hədəflərindən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Portuqaliya yığması ən yüksək səviyyəli komandadır. Milli komandada dünyanın ən yaxşı klublarında oynayan bir çox əla futbolçu var. Biz iddialıyıq, amma favorit deyilik. Dünya çempionatında potensialımızı reallaşdırmalıyıq”.

Portuqaliya millisi 2026-cı il dünya çempionatının qrup mərhələsində Özbəkistan, Kolumbiya və Konqo Demokratik Respublikası yığmaları ilə mübarizə aparacaq. Komanda ilk oyununu 17 iyunda Afrika təmsilçisinə qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button