Azərbaycanın 8 şahmatçısı dünya çempionatında çıxış edəcək

Azərbaycanın 8 şahmatçısı İtaliyanın Montesilvano şəhərində yeniyetmələr arasında dünya çempionatında iştirak edəcək.

Bu barədə Komanda.az-a Azərbaycan Şahmat Federasiyasından bildirilib.

Azərbaycan mötəbər turnirə məşqçi Fərid Abbasovun rəhbərliyi altında Xaqan Əhməd, Tunar Davudov, Fərid Orucov, Paşam Əlizadə, Şəmsi Qaraxanov, Nərmin Abdinova, Lalə Hüseynova və Zəhra Allahverdidən ibarət heyətlə yollanıb.

14,16 və 18 yaş kateqoriyasında təşkil olunacaq yarışda 86 ölkə təmsil olunacaq. İlk turun partiyaları sabah oynanılacaq.

Dünya çempionatı iyunun 26-da yekunlaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button