Azərbaycan dünya çempionatında 4-cü oldu

Azərbaycanın 3×3 basketbol üzrə qadınlardan ibarət yığması Polşanın paytaxtı Varşavada keçirilən dünya çempionatında 4-cü yeri tutub.

Komanda.az xəbər verir ki, Ratomir Deliçin rəhbərlik etdiyi komanda 3-cü yer uğrunda görüşdə Niderland yığması ilə qarşılaşıb.

Zədəli Brianna Freyzerin iştirak etmədiyi görüşdə millimiz oyunu 3 basketbolçu ilə davam etdirmək məcburiyyətində qalıb. Görüş rəqibin 21:14 hesablı qələbəsi ilə bitib.

Beləliklə, Azərbaycan yığması ilk dəfə iştirak etdiyi dünya çempionatını 4-cü pillədə başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button