
İki futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Anton Krivotsyuk və Abdulla Xaybulayev heyətdən çıxarılıb.
Milli Avstriya toplanışı çərçivəsində keçirdiyi ilk yoxlama oyununda Maltaya 0:2 hesabı ilə uduzub. Ayxan Abbasovun rəhbərlik etdiyi komanda iyunun 9-da San Marino yığması ilə üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



