DÇ-2026: “Əvvəlkindən daha iddialıyıq”

“Mançester Siti”nin və Portuqaliya millisinin müdafiəçisi Ruben Diaş 2026-cı il dünya çempionatında komandasının şansları barədə danışıb.

O, bildirib ki, Portuqaliya yığmasında artıq təkcə inam yox, həm də böyük bir hədəf və iddia mövcuddur. Onun sözlərinə görə, komandanın qarşısında çətin yol olsa da, futbolçular hər addımda daha da güclənir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Diaş, bunu sadəcə inam deyil, uğura olan ciddi istək kimi qiymətləndirib:

“Bu, sadəcə inam deyil, uğura olan ciddi istəkdir. Biz möhkəm dayanmışıq və bunun nə qədər çətin olduğunu, nə qədər çox çalışmalı olduğumuzu bilirik. Hər oyun, hər addım, hər çətinlikdən sonra bu inam daha da artır. Ona görə, biz bu məsələdə təvazökarıq, amma eyni zamanda, əvvəlkindən daha iddialıyıq”.

DÇ-2026 11 iyun-19 iyul tarixlərində ABŞ, Meksika və Kanada olmaqla üç ölkədə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button