
İngiltərə klubu Runi ilə maraqlanır
“Barselona”nın vingeri Runi Bardqi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Kataloniya təmsilçisinin heyətində ötən mövsüm müntəzəm oyun praktikası qazana bilməyən 20 yaşlı futbolçunun icarəyə göndərilməsi gündəmdədir.
Komanda.az “Teamtalk”-a istinadən xəbər verir ki, isveçli oyunçu ilə maraqlanan klublardan biri “Lids”dir. Ancaq futbolçunun özü üçün bu variantın nə dərəcədə cəlbedici olduğu hələlik məlum deyil.
Runi baş məşqçi Hans-Diter Flikin rəhbərliyi altında son mövsümdə 28 oyunda meydana çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun “Barselona” ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.
“Lids” ötən mövsüm İngiltərə Premyer Liqasını turnir cədvəlinin 14-cü pilləsində başa vurub.
Bizi Facebook-da izləyin



