
“Çelsi”nin Alonsonu əldə etməsinə heyranam”
“Çelsi”nin sabiq yarımmüdafiəçisi Co Koul, Xabi Alonsonun komandaya baş məşqçi təyin olunması ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, “Çelsi”nin Alonsonu əldə etməsinə heyran olduğunu bildirib:
“Çelsi”nin Xabi Alonsonu əldə etməsinə heyranam. Bunu etdiklərinə inanılmaz dərəcədə şadam. Çünki əminəm ki, onun başqa variantları da var idi. O, yəqin ki, “Çelsi”nin mövqeyinə baxıb və “bu klub daha aşağı səviyyəyə düşə bilməz, ona görə də, indi komandanı ələ keçirməyin tam vaxtıdır” deyə, düşünüb”.
“Çelsi” 2025/26 mövsümündə İngiltərə Premyer Liqasını turnir cədvəlinin 10-cu pilləsində tamamlayıb. London klubu gələn mövsüm avrokuboklarda iştirak etməyəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



