Macarıstan millisinin Azərbaycanla oyunu ilə bağlı şikayətinə baxıldı
UEFA Apellyasiya Komitəsi Macarıstan Futbol Federasiyasının AÇ-2020-nin seçmə mərhələsində bu ölkənin yığma komandası ilə Azərbaycan millisi arasında oyunun azarkeşsiz keçirilməsi ilə bağlı qərardan şikayətini təmin etməyib.
Komanda.az xəbər verir ki, qurum UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsinin qərarını qüvvədə saxlayıb.
Sentyabrın 9-da baş tutan Macarıstan – Slovakiya oyununda (1:2) slovak tərəfdarların milliyətçi şüarlar səsləndirməsi, hər iki komandanın azarkeşləri arasında insidentin yaranmasına səbəb olmuşdu. UEFA buna görə Macarıstan Futbol Federiyasına bir oyun azarkeşsiz oynama cəzası vermişdi.
“Qroupama Arena”da keçiriləcək Macarıstan – Azərbaycan matçını yalnız 14 yaşadək uşaqların tribunadan izləməsinə icazə verilir.
Macarıstan – Azərbaycan görüşü oktyabrın 13-də keçiriləcək.
Bizi Facebook-da izləyin