“Barselona” icarədə olan futbolçusuna daha bir şans verəcək

“Barselona”dan icarə əsasında “Elçe”də çıxış edən müdafiəçi Hektor Fort geri çağırılacaq.

Komanda.az “Sport”-a istinadən xəbər verir ki, 19 yaşlı futbolçu mövsümöncəsi hazırlıq mərhələsində kataloniyalıların baş məşqçisi Hans-Diter Flikin diqqətini çəkmək və özünü sübut etmək imkanı qazanacaq.

Bununla belə, ispaniyalı futbolçunun gələcəyi hələ də tam dəqiqləşməyib. Kataloniya təmsilçisinin onu yenidən icarəyə göndərməsi də istisna olunmur. Qərar əsasən müdafiənin sağındakı digər oyunçuların vəziyyətindən asılı olacaq.

Fort cari mövsümdə “Elçe”nin heyətində 13 oyuna çıxıb, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib. Onun “Barselona” ilə müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button