Azərbaycan Premyer Liqasında 21-ci əsrin ən məhsuldar seriyası

Azərbaycan Premyer Liqasında məhsuldar turlar seriyası davam edir.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 26-cı turda 23 qol vurulub və orta məhsuldarlıq 3,83-ə bərabər olub

Bu göstərici ardıcıl 4-cü dəfə 3 və ya daha yüksək olub. 23-cü turda 21 (3,50), 24-cü turda 19 (3,17), 25-ci turda 18 (3,00) qol vurulub.

3-cü dövrənin startından yaşanan bu məhsuldarlıq seriyası Azərbaycan çempionatlarının yüksək dəstəsində 21-ci əsrin rekordudur.

Daha uzun seriya 2000/2001 mövsümünün ilk yarısına təsadüf edib. Həmin vaxt II-VIII turlarda ardıcıl 7 dəfə orta məhsuldarlıq 3 və ya daha yüksək olub. Sonrakı illərdə isə belə seriyalar 3 turdan uzun sürməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button