
Cahangir Fərəcullayev: “Azərbaycan çempionatının yaralı yeri infrastrukturdur”
“Azərbaycan millisinin FİFA Series-2026-dakı uğurunu nə şişirtmək istəyirəm, nə də kiçiltmək”.
Komanda.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev bu gün keçirilən Hesabat Konfransında deyib:
“U-20 ilə bağlı əlavələr etmək istəyirəm. Sentyabrda məşqçi postunda baş verən məlum dəyişiklikdən sonra yaxşılığa doğru davam etdi. Ayxan Abbasov taktiki dəyişikliklər edib. Biz FİFA Seriesdə bunun qığılcımlarını gördük. Bu uğuru nə şişirtmək, nə kiçiltmək istəyirik. 12 komandanın oynaması rəqabətin artmasına gətirib çıxardı. Legioner limitinin ləğvi azarkeşlər tərəfdən daha böyük marağa səbəb oldu. “Qarabağ” – “Sabah” matçında son 10 ilin rekordu qeydə alındı. Hakimlərlə bağlı da dəyişikliklər oldu.
Çempionatın yaralı yeri infrastrukturdur. “Karvan-Yevlax” öz meydanına qayıtdı. Gəncə və Tovuzda da gələn mövsümdən oyunlar keçiriləcək. Ağsu şəhər stadionu Premyer Liqa standartlarına uyğunlaşdıracaq. “Live Bona Dea Arena” da təmir olunacaq. “Bayıl Arena” mayda əsaslı təmirə bağlanacaq. Eyni layihə çərçivəsində iki mərkəz də açılacaq. Uşaq və yeniyetmə layihələr AFFA-nın foks-layihəsidi. Məqsədimiz “piramida” layihəsidir, C və D kateqoriyalı məşqçilər yetişdirməkdir və onların sonra da B, A, Pro kateqoriyası almalarıdır”.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



