
Azərbaycan yığması Farer adalarına uduzdu
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində keçirdiyi növbəti oyununda da məğlub olub.
Komanda.az xəbər verir ki, B Liqasının 3-cü qrupunda yer alan yığma Farer adalarının müvafiq yaş qrupundan ibarət kollektivi ilə bacarmayıb – 1:6.
Azərbaycan yığmasının heyətində Könül Hüseynova 42-ci dəqiqədə fərqlənib.
U-17 daha əvvəl Belçika (0:11) və Sloveniyaya (0:3) uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



