“Tottenhem”in qapıçısı İtaliya klubuna keçə bilər

“Tottenhem”in qapıçısı Qulielmo Vikario karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

29 yaşlı qolkiperin transferində “İnter” maraqlıdır. Milanlılara “Yuventus”un da rəqib olacağı bildirilir. Vikario cari mövsümün sonunda komandasını dəyişməyə hazırdır.

İtaliyalı qapıçı 2023-cü ilin yayından “Tottenhem”in formasını geyinir. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyununun sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button