PSJ 3 xalı 5 qolla qazandı

Fransa Liqa 1-də 21-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə 5 oyun baş tutub.

“Nitsa” – “Monako” və “Oser” – “Paris” matçları qolsuz bitib. “Anje” evdə “Tuluza”ya, “Havr” “Strasburq”a, PSJ isə Marsel “Olimpik”inə qalib gəlib.

Hazırda 51 xalı olan PSJ vahid liderdir. “Lans” 49, Lion “Olimpik”i 32, Marsel “Olimpik”i 39, “Lill” 33 xal toplayıb.

Fransa Liqa 1
21-ci tur

6 fevral

Mets – Lill 0:0

7 fevral

Lans – Renn 3:1
Qollar
: Eduard, 41. Aqilar, 54. Sent-Maksimin, 78 – Lepaul, 8.

Brest – Loryan 2:0
Qollar
: Laskari, 50. Ayorke, 77.

Nant – Olimpik (Lion) 0:1
Qol
: Şults, 25.

8 fevral

Nitsa – Monako 0:0

Oser – Paris 0:0

Anje – Tuluza 1:0
Qol
: Raolisoa, 89.

Havr – Strasburq 2:1
Qollar
: Zaqadu, 26.

PSJ – Olimpik (Marsel) 5:0
Qollar
: Dembele, 12; 37. Medina, 64-öz qapısına. Kvaratsxeliya, 66. Li Kan, 74.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button