Vlahoviç İtaliyanın başqa klubuna keçə bilər

“Yuventus”un hücumçusu Duşan Vlahoviç komandasından ayrıldıqdan sonra da İtaliyada qala bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, serbiyalı futbolçunun Turin klubundan ayrılmağına az qalıb, çünki iki tərəf də yayda başa çatacaq müqavilənin müddətini yeniləmək fikrindən uzaqdır. “Milan”, “İnter” və “Roma” forvardı azad agent kimi transfer etməkdə maraqlıdır.

26 yaşlı futbolçu 2022-ci ilin əvvəlində 80 milyon avroya “Fiorentina”dan “Yuventus”a keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button