Mahir Emreli “Sevilya” ilə oyunda olmayacaq? – Açıqlama

“Qarabağ” sentyabrın 19-da Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində Bakıda “Sevilya”nı (İspaniya) qəbul edəcək.

“Köhlən atlar” bu oyuna ciddi itki ilə çıxa bilər. Belə ki, Ağdam klubunun hücumçusu Mahir Emreli “Neftçi” ilə ötən şənbə günü keçirilən Premyer Liqa matçında zədə alıb. Bu səbəbdən onun bir müddət yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Mahirin “Sevilya” ilə görüşü buraxacağı deyilir. (qol.az)

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov isə Komanda.az-a açıqlamasında Mahirin ayağında dartılma olduğunu bildirdi:

“Mahirin ayağında dartılma var. Oynayıb-oynamayacağı bəlli deyil”.

“Qarabağ” – “Sevilya” matçı sentyabrın 19-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button