“Sevilya”dan yaxşı futbolçular getsə də…”

“Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, fransalı futbolçu 2:0 hesabıyla qalib gəldikləri oyundan sonra jurnalistlərin digər suallarını da cavablandırıb:

  • “Sevilya” ilə oyun öncəsi əsas rəqib üzərində qələbə böyük motivasiya oldu?
  • Ümumiyyətlə, hər oyun bizim üçün motivasiyadı. Bilirdik ki, önəmli oyun idi. Ümid edirəm ki, bu qələbə “Sevilya” ilə oyun öncəsi bizim xeyrimizə olacaq.
  • Ötənilki mübarizədən sonra gözlənilirdi ki, “Neftçi” yenə də “Qarabağ”a çətinlik yaşadacaq. Ancaq xal fərqi böyüyüb və indidən “Qarabağ”ın çempionluğundan danışanlar var…
  • Çempionat yeni başlayıb, qarşıda uzun marafon var. İndidən nəyinsə qazanıldığını demək olmaz. Biz də büdrəməməyə çalışacağıq. Hər oyuna qələbə üçün çıxacağıq.
  • “Sevilya” ilə oyunda “Qarabağ”dan nə gözləmək olar? İspaniya klubunda yayda böyük dəyişikliklər olub. Əndəlüsiyalılardan Bakıda xal almaq olar?
  • “Sevilya”dan yaxşı futbolçular getsə də, əvəzlərinə eyni səviyyədə olan oyunçular gəlib. Çalışacağıq ki, əlimizdən gələni edək və “Sevilya” qarşısında yaxşı performans göstərək.
  • Qrupdan çıxmaq şanslarını necə hesab edirsən?
  • Heç kəs indidən nəsə deyə bilməz. Qrupda əlimizdən gələni edəcəyik. Ən yaxşısı üçün çalışacağıq.
  • Driblinqləri sevən futbolçusan və bu, səndə uğurlu alınır. “Sevilya”nın müdafiəçilərinə qarşı bunu tətbiq edəcəksən?
  • Mən bilmirəm, dostum. Ən yaxşı oyunlardan birini keçirməyə çalışacam.
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button