
Hakimi təhqir edən futbolçu 4 oyunluq cəzalandı
2-ci Liqada çıxış edən “Kür-Araz” komandasının futbolçusu Asim Quliyev 4 oyunluq cəza alıb.
Komanda.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Oyunçu 9-cu turda “Qaradağ Lökbatan”la matç bitdikdən sonra hakimi təhqir etdiyi üçün bu cəza ilə üzləşib.
“Kür-Araz” isə 1000 manat cərimə olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



