Mourinyodan həmyerlisinə “bəy tərifi”

Son olaraq “Mançester Yunayted”in “sükanı arxasında” çalışan Joze Mourinyo “Yuventus”un futbolçusu Kriştiano Ronaldo ilə bağlı açıqlama verib.

Komanda.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis, AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Portuqaliya millisinin heyətində Litva yığması ilə matçda 4 qol vuran (5:1) həmyerlisi ilə bağlı bunları deyib:

“Bu göstəriciyə təəccüblənmirəm. O, 34 yaşında dünyanın ən yaxşısıdır və böyük hədəfləri olan komandanın üzvüdür. Bu, məni təəccübləndirmir, çünki o, sadəcə qələbə haqqında düşünən futbolçudur. Ronaldo bir fenomendir. Düşünürəm ki, 50 yaşında FİFA onu əfsanələrin oyununda iştirak etmək üçün dəvət edəcək və Ronaldo orda da qol vuracaq”.

Ronaldo Mourinyonun rəhbərliyi altında “Real”da 2010-2013-cü illərdə çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button