
“Sabah”ın sabiq basketbolçusu “Sumqayıt”a keçib
“Sumqayıt” “Sabah”ın sabiq basketbolçusu Fuad Niftəliyevi transfer edib.
Bu barədə Komanda.az-a klubun mətbuat xidmətindən bildirilib.
Təcrübəli oyun qurucusu ilə mövsümün sonuna qədər olan müqavilə imzalanıb.
Niftəliyev “Sabah”ın heyətində iki dəfə Azərbaycan çempionu olub. O, mövsümün ilk iki oyununda “Naxçıvan” klubunun heyətində meydana çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



