Rakitiç keçmiş klubu ilə fəxr edir

“Sevilya”nın keçmiş yarımmüdafiəçisi İvan Rakitiç milli komandalara görə yaranan fasilədən əvvəl klubun “Barselona” ilə matçda qazandığı uğurdan məmnundur.

“Sevilya” 4:1 hesablı qələbə ilə rəqibini “nokaut” edib.

Komanda.az “derbyderbyderby.it”-ə istinadən xəbər verir ki, daha əvvəl həm “Sevilya”da, həm də “Barsa”da çıxış etmiş xorvatiyalı sabiq futbolçu bunları deyib:

“Hər şeyə rəğmən, nəticə verən bu komandanın gücü və əzmi ilə fəxr edirəm. Məncə, “Sevilya” dünyanın ən yaxşı üç komandasından biri olan “Barselona”nı təəccübləndirməyi bacardı. Onlar fədakarlıq və yaxşı təşkilatçılıq sayəsində qələbə qazandılar”.

“Sevilya” La Liqada 6-cı, “Barselona” 2-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button