“Neftçi”nin oyunu təxirə salındı

Azərbaycan Basketbol Liqasının 3-cü turunda keçirilməli olan “Neftçi” – “Gəncə” oyunu təxirə salınıb.

Bu barədə Komanda.az-a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.

Buna paytaxt təmsilçisinin Avropa Kubokunda mübarizə aparması əsas göstərilib.

3-cü turun görüşləri oktyabrın 17-19-u aralığında baş tutacaq.

“Neftçi” Avropa Kubokunun əsas mərhələsinin 1-ci turunda Estoniyanın “Kalev” klubu ilə üz-üzə gələcək. Qarşılaşma oktyabrın 21-də Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button