Azərbaycanın şahmat yığmaları Yunanıstanla heç-heçə etdi

Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə komandalar arasında Avropa çempionatında 5-ci turun görüşləri keçirilib.

Komanda.az Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, kişilərdən ibarət yığma Yunanıstanla heç-heçə edib.

Bütün partiyalar heç-heçə başa çatıb və matç 2:2 hesabı ilə nəticələnib. Hesabında 7 xalı olan Azərbaycan millisi 5-7-ci yerləri bölüşür.

Qadınlardan ibarət yığma da bu turda Yunanıstanla qarşılaşıb. Görüş bərabərliklə yekunlaşıb – 2:2. Hazırda 6 xalı olan komanda əlavə göstəricilərə görə 8-ci pillədə qərarlaşıb.

Bu gün Avropa çempionatında 6-cı turun partiyaları oynanılacaq. Hər iki komanda püşkə əsasən Ermənistan şahmatçıları ilə münasibətləri aydınlaşdıracaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button