“Qarabağ”ın rəqibi braziliyalı müdafiəçi ilə maraqlanır

Braziliyalı müdafiəçi Murilyo karyerasını İngiltərənin başqa bir klubunda davam etdirə bilər.

Komanda.az “Daily Express”-ə istinadən xəbər verir ki, “Nottingem Forest”in heyətində çıxış edən 23 yaşlı futbolçuya “Çelsi” maraq göstərir.

London klubunun baş məşqçisi Enzo Mareska bu transferdə şəxsən maraqlıdır və Murilyonu müdafiə xəttinə ideal əlavə hesab edir.

“Transfermarkt” portalının məlumatına görə, braziliyalı futbolçunun bazar dəyəri 55 milyon avro təşkil edir. Onun “Nottingem Forest”lə müqaviləsinin müddəti 2029-cu ilin ortalarına kimidir.

Murilyo cari mövsümdə 5 oyunda iştirak edib.

“Qarabağ” UEFA Çempionlar Liqasının 4-cü turunda “Çelsi”ni qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button