
“Heç vaxt Uilyamsı almağa çalışmamışıq” – “Barselona” rəsmisi
“Barselona”nın idman direktoru Deku İspaniya millisinin və “Atletik”in vingeri Niko Uilyamsla bağlı yayılan iddialara aydınlıq gətirib.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Kataloniya klubunun rəsmisi heç vaxt Uilyamsı almağa çalışmadıqlarını bildirib:
“Uilyams? Biz heç vaxt onu almağa çalışmamışıq. Onun agenti tez-tez bizimlə əlaqə saxlayırdı, amma “Barselona” bu futbolçuya yönəlməyib. Hətta həmin mövqeyə oyunçu axtarmamışıq”.
23 yaşlı futbolçunun “Atletik”lə müqaviləsinin müddəti 2035-ci ilin iyununa qədərdir. Onun transfer dəyəri 70 milyon avro qiymətləndirilir. O, 2021-ci ilin iyulundan Bilbao klubunda çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



