Flik rəqibi təriflədi: “Cəsur komandadır”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik La Liqanın 6-cı turunda baş tutacaq “Ovyedo” ilə qarşılaşma öncəsi açıqlama verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, kataloniyalıların sabahkı rəqibi barədə danışan almaniyalı mütəxəssis, onların oyun üslubunu yüksək qiymətləndirib:

“Ovyedo” cəsur komandadır, daim irəli oynamağa çalışır və bu, mənim üçün yaxşıdır. Amma mənim üçün əsas olan öz komandamdır. Bizim hər oyunda intensivliyi qorumağımız vacibdir. Son üç matçda yaxşı çıxış etdik və bu temp davam etməlidir”.

Qarşılaşma sabah saat 23:30-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button