Alonso: “Sabahdan etibarən bütün düşüncələrimiz derbidə olacaq”

“Real”ın baş məşqçisi Xabi Alonso “Atletiko” ilə qarşıdakı derbi haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Hələ “Atletiko” matçı haqda düşünməmişəm, çünki bütün diqqətimi “Levante” oyununa yönəltmişdim. Sabahdan etibarən (bu gündən) bütün düşüncələrimiz Madrid derbisində olacaq”.

“Real” çərşənbə axşamı “Levante” üzərində 4:1 hesablı qələbə qazanıb. Madrid komandası növbəti turda, 27 sentyabrda səfərdə “Atletiko” ilə qarşılaşacaq. Komanda 6 oyundan sonra 18 xalla derbiyə məğlubiyyətsiz gedəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button