Qurban Qurbanov: “Oyunun bitməsini istəmirdik”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri ev oyunu haqda danışıb.

Komanda.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçəni belə şərh edib:

“Yaxşı, mübarizəli oyun oldu. İstəmirdik ki, oyun qutarsın. İstəyirdik ki, oyunçularımız sonda yorğun halda xarakter göstərsinlər. Alınmadı. Yaxşı formalaşmış komanda var idi qarşımızda. Məğlub da ola bilərdik, qalib də gələ bilərdik. Rəşad Sadıqova uğurlar arzu edirəm.

Nəriman Axundzadənin müalicəsi pis getmir. Lakin yaxın günlərdə komanda ilə birgə olacağı ehtimalı azdır.

Ramil Şeydayevlə hələlik, anlaşma yoxdur. Milli çempionatda oyunçuya ehtiyacımız var. Transfer etməsək, problemlər yaşaya bilərik.

Emin Mahmudovu (milli komandada rekord qol həddinə çatıb) təbrik etdim. Bu, sadəcə rəqəmlərdir. Əsas uğurdur”.

Nəzrin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button