
Laporta: “Barselona” Kataloniyanın hüquq və azadlıqlarını müdafiə etməyə sadiq qalır”
“Barselona”nın prezidenti Xuan Laporta klubun katalon millətçiliyinə sadiqliyi haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Barselona” Kataloniyanın hüquq və azadlıqlarını, dili və mədəniyyətini, dözümsüzlük və cəhalət ucbatından tez-tez hücuma məruz qalan elementləri müdafiə etməyə qətiyyətlə sadiq qalır. Sədrlik etmək şərəfinə nail olduğum idarə heyəti hər zaman Kataloniyanın müdafiəsi ilə bağlı çıxış edir. Çünki biz “bir klubdan daha çox” alovunu anlamağa və yaşatmağa kömək edən təsis prinsiplərimizə sadiq qalmağa çalışırıq”.
Laporta Kataloniyanın Milli Günü tədbirlərində iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



