
Azərbaycanlı idmançı Avropa çempionatında bürünc medal qazanıb
Azərbaycan idmançısı Beyrək Bağırov (85 kq) Avstriyanın Veyz şəhərində təşkil olunan böyüklər arasında “Savate Assault” üzrə Avropa çempionatında bürünc medal qazanıb.
Bu barədə Komanda.az-a Azərbaycan Savat Federasiyasından məlumat verilib.
Bağırov qrup mərhələsində Ukrayna və Sloveniya təmsilçilərinə qalib gələrək yarımfinala yüksəlib. Bu raundda fransalı rəqibinə məğlub olan idmançı qitə birinciliyini bürünc medalla başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



