“İnter” 2 futbolçusu ilə yeni müqavilə imzalayıb

“İnter” rəhbərliyi klubun gənc oyunçuları ilə yeni müqavilə imzalayıb.

Komanda.az Milan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçi Xristos Aleksiu və hücumçu Dilan Sarate uzunmüddətli anlaşmaya qol çəkiblər.

Hər iki futbolçunun yeni müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. Onlar hazırda “İnter”in gənclər komandasında çıxış edirlər.

“İnter” A Seriyasının yeni mövsümünə bir qələbə və bir məğlubiyyətlə başlayıb. İki turdan sonra komanda 3 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Milanlılar növbəti oyunda səfərdə “Yuventus”la qarşılaşacaqlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button