
Sabiq futbolçu Vinisiusu tənqid etdi
“Real”ın keçmiş hücumçusu Predraq Miyatoviç komandanın forvardı Vinisius Junior haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, braziliyalı futbolçu haqda bunu deyib:
“Dəyişməyən şeylər var. Vinisiusun davranışı “Real” formasına layiq deyil. O, əla oyunçudur, amma problem başqadır. Rəhbərliyin onu saxlamağa dəyər olub-olmaması barədə düşünməsinin vaxtı çatıb”.
Vinisius 2019-cu ildən Madrid klubunda çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



