
Flik “Barselona” rəhbərliyindən yeni müdafiəçi tələb edib
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik yay transfer pəncərəsinin son günlərində heyətin gücləndirilməsini tələb edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis rəhbərlikdən yeni mərkəz müdafiəçisinin transferini istəyib.
Ancaq “Barselona”nın bu arzunu reallaşdırıb-reallaşdıra bilməyəcəyi hələ ki, sual altındadır. Çünki klub hələ də yayda heyətə qatdığı bəzi futbolçuları qeydiyyatdan keçirə bilməyib.
Flikin komandası La Liqada iki turdan sonra 6 xal toplayaraq, turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



