“Mançester Siti”nin futbolçusu günahı özündə görür

“Mançester Siti”nin müdafiəçisi Riko Lyuis “Vulverhempton”un hücumçusu Yorgen Strand Larsenlə münaqişəyə münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu günahın özündə olduğunu söyləyib:

“Həftəsonu Larsenlə baş verənlər əsasən mənim günahımdır, çünki topu vurmuşdum. Qol vurduq, top mənə gəldi və mən də onun açıq-aşkar axmaq hərəkət olduğunu düşünmədən onu vurdum! Biz oyundan sonra danışdıq və bir-birimizdən üzr istədik”.

“Mançester Siti” İngiltərə Premyer Liqasının ilk turu çərçivəsində “Vulverhempton” üzərində 4:0 hesablı qələbə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button