Türkiyə klubu PSJ-nin qapıçısı üçün danışıqlara başlayıb

PSJ-nin qapıçısı Matvey Safonov karyerasını Türkiyədə davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Qalatasaray” artıq Safonovla danışıqlara başlayıb. Potensial transferin təfərrüatları hələ açıqlanmayıb.

Daha əvvəl yayılan xəbərlərə əsasən, PSJ “Bornmut”dan ukraynalı müdafiəçi İlya Zabarnının transferi ərəfəsində “Qalatasaray”a Safonovu təklif edib.

23 yaşlı qapıçı PSJ-yə ötən yay keçib. O, həmin vaxtdan bəri 17 oyunda iştirak edib, 13 top buraxıb və 7 matçda qapısını toxunulmaz saxlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button