
“İmişli” serbiyalı futbolçu ilə müqavilə bağlayıb
“İmişli” serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağladığını açıqlayıb.
Klubdan Komanda.az-a verilən məlumata görə, bölgə təmsilçisi Nikola Karaklayiçlə anlaşıb.
Onunla 2 illik sözləşmə imzalanıb.
Karaklayiç son olaraq ölkəsində “Novi Pazar” komandasında çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin